Azərbaycan neftinin qiyməti 5 dollardan çox UCUZLAŞDI
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,1 ABŞ dollar azalıb.
TodayPress TV xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,1 ABŞ dolları və ya 4,11 % azalaraq 119,04 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.