Tramp Xameneiyə qəzəbləndi

Tramp Xameneiyə qəzəbləndi
28.06.2025 16:00 Dünya

ABŞ prezidenti Donald Tramp iddia edir ki, İsraillə İran arasında hərbi əməliyyatların son mərhələsində, Tehrana doğru irəliləyən çoxsaylı hərbi təyyarələri geri çevirmək üçün İsraildən tələb edib. Trampın sözlərinə görə, əgər hücum baş tutsaydı, bu, böyük dağıntılara və çoxsaylı iranlının həyatını itirməsinə səbəb olacaqdı.

TodayPress TV xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında paylaşım edib.

Paylaşımında Tramp, İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin vətəndaşlarına ünvanladığı videomesajına cavab verib. Həmin mesajda Xamenei İranın İsrailə qarşı “qələbəsini” təbrik edib. Tramp isə Xameneini yalan danışmaqda ittiham edir.

“Axı nə üçün Əli Xamenei bu qədər utanmazcasına və ağılsızcasına İsrailə qarşı müharibəni qazandığını iddia edir, halbuki yaxşı bilir ki, bu sözlər yalandır. Həqiqət bu deyil”, - Tramp yazıb.

Tramp həmçinin qeyd edib ki, son günlər İran əleyhinə tətbiq edilən bəzi sanksiyaların ləğvi üzərində çalışıb ki, bu ölkə müharibədən sonra özünü toparlamaq imkanı əldə etsin. Lakin Xameneinin çıxışından sonra o, bu istiqamətdə gördüyü bütün işi dərhal dayandırdığını bildirib.

Töhfə Səməd 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər