Tramp Venesuelanın müxalifət lideri ilə görüşəcək

Tramp Venesuelanın müxalifət lideri ilə görüşəcək
12.01.2026 23:00 Dünya

ABŞ prezidenti Donald Tramp cümə axşamı Ağ Evdə Venesuelanın müxalifət lideri Mariya Maçado ilə görüşəcək.

TodayPress TV xəbər verir ki, bu barədə "CNN" ABŞ prezident administrasiyasının yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb. 

Tramp əvvəllər Maçadonun Venesuelaya rəhbərlik etməyə yararsız olduğunu bildirmişdi. Tramp onu yaxşı qadın kimi təsvir etmiş, lakin ölkədə kifayət qədər dəstəyə malik olmadığını bildirmişdi. 

Maçado özü Nobel Sülh Mükafatını ABŞ prezidenti ilə bölüşmək istədiyini deyib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər