Tramp və Zelenski Putini “yola gətirməyə” çalışacaq

Tramp və Zelenski Putini “yola gətirməyə” çalışacaq
06.07.2026 18:16 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Trampın iyulun 8-də Ankarada keçiriləcək NATO sammiti çərçivəsində görüşəcəyi gözlənilir.

TodayPress TV xəbər verir ki, “Kyiv Independent” nəşrinin məlumatına görə, tərəflər əsasən Rusiya Prezidenti Vladimir Putinin birbaşa sülh danışıqlarına cəlb olunması yollarını müzakirə edəcəklər.

Nəşrin yazdığına əsasən, Kiyev hesab edir ki, hazırda Kremlə təzyiqi artırmaq üçün əlverişli şərait yaranıb. Ukraynalı rəsmilərdən biri bildirib ki, Rusiyada müharibənin dayandırılmasına ictimai tələbat artır, ölkə isə yanacaq böhranının yaratdığı gündəlik problemlərlə üzləşir.

Məlumata görə, Donald Tramp görüş zamanı Zelenskiyə Rusiya ilə mümkün sülh sazişi ilə bağlı öz baxışını təqdim etməyi planlaşdırır. Daha sonra isə Vladimir Putinlə də danışıq aparacağı gözlənilir.

Görüşdə müzakirə ediləcək əsas mövzulardan biri də Ukraynanın Patriot hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığı olacaq. Nəşrin mənbəsi ölkənin raketdən müdafiə sahəsindəki vəziyyətini “kritik” kimi qiymətləndirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
06 IYUL 2026
Bütün Xəbərlər