Tramp və Vens yay tətilini Britaniyada keçirəcək
ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens yay tətili çərçivəsində Böyük Britaniyaya səfər edəcəklər.
TodayPress TV xəbər verir ki, bu barədə “The Telegraph” nəşri mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Vens həyat yoldaşı və üç övladı ilə birlikdə avqustun ortalarında Londona gələcək, ardınca isə Şotlandiyaya yollanacaq.
Donald Trampın isə iyulun sonu və ya avqustun əvvəlində Şotlandiyaya gələcəyi gözlənilir. Şotlandiya polisi səfərlə bağlı hazırlıq işlərinin aparıldığını təsdiqləyib. Təhlükəsizlik məqsədilə təxminən 5 min polis əməkdaşının səfərbər olunacağı bildirilib.
Qiymət Mahir