Tramp üçüncü dünya ölkələrindən miqrasiyanı dayandıracaq

Dünya

28.11.2025 10:26

ABŞ Prezidenti Donald Tramp üçüncü dünya ölkələrindən Birləşmiş Ştatlara insanların miqrasiyasını dayandıracağını bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"ABŞ sisteminin tam bərpasına imkan vermək üçün bütün üçüncü dünya ölkələrindən immiqrasiyanı həmişəlik dayandıracağam. Sabiq ABŞ Prezidenti Cozef Baydenin dövründə ABŞ-yə gələn bütün qeyri-qanuni immiqrantlar, faydası olmayan və ya ölkəmizi sevməyə qadir olmayanlar Birləşmiş Ştatlardan qovulacaqlar", - deyə Ağ Ev lideri bildirib.

Tramp həmçinin vətəndaşı olmayanlara verilən bütün federal imtiyazları və subsidiyaları dayandıracağını, “daxili sülhə xələl gətirən” miqrantların vətəndaşlığını ləğv edəcəyini və ictimai ittiham, təhlükəsizliyə təhdid yaradan və ya Qərb sivilizasiyası ilə bir araya sığmayan istənilən xarici vətəndaşı deportasiya edəcəyini vəd edib.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Tramp,Miqrasiya,Bəyan,Todaypress.tv,