Tramp üçün keçirilən turnir UFC-yə “baha başa gəldi”
UFC-nin Ağ Evdə keçirdiyi turnirin təşkilatçılara təxminən 30 milyon dollar zərər gətirdiyi açıqlanıb.
TodayPress TV xəbər verir ki, maliyyə hesabatını “TKO Group Holdings” şirkəti yayıb. Hesabata görə, tədbirin keçirilməsinə təxminən 60 milyon dollar xərclənib. Xərclərin bir hissəsi isə sponsorluq müqavilələri hesabına kompensasiya edilib.
“UFC Freedom 250” turniri iyunun 15-nə keçən gecə Ağ Evin Cənub çəmənliyində keçirilib. Tədbir ABŞ Prezidenti Donald Trampın 80 illiyi və ölkənin 250 illiyi münasibətilə təşkil olunub.
Kübra Musayeva