Tramp tərəfdarları ABŞ-nin Ukraynaya zəmanət verməsinə qarşıdır
ABŞ Prezidenti Donald Trampın Kiyevə təhlükəsizlik zəmanətləri mövzusunu gündəmə gətirməsi respublikaçılar və onun tərəfdarlarının narazılığına səbəb olub.
TodayPress TV xəbər verir ki, “The Hill”in məlumatına görə, NATO-nun 5-ci maddəsinə bənzər zəmanət ideyası MAGA hərəkatı üzvlərində narahatlıq yaradıb.
Onlar ABŞ-nin yeni müharibəyə cəlb olunmasını istəmirlər.
Senator Tommi Tabervill Vaşinqtonun yeni münaqişəyə qarışmasını rədd etdiyini açıqlayıb. Trampın müttəfiqi Stiv Bennon isə Ukraynanın ABŞ-nin pul və silahı hesabına dayandığını, indi isə Amerikanı birbaşa münaqişəyə çəkməyə çalışdığını deyib.
Qiymət Mahir