Tramp: "Sammit uğurlu keçdi, media həqiqəti təhrif edir"

Tramp: "Sammit uğurlu keçdi, media həqiqəti təhrif edir"
18.08.2025 03:00 Dünya

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada keçirdiyi danışıqları uğurlu adlandırıb və mediaya həqiqəti təhrif etməkdə ittiham edib.

TodayPress TV xəbər verir ki, o, bu barədə şəxsi "Truth Social" hesabında yazıb.

Tramp jurnalistləri “həqiqəti qəsdən təhrif etməkdə” günahlandıraraq qeyd edib:

“İnanılmazdır ki, saxta media mənimlə bağlı məsələlərdə həqiqəti amansızcasına dəyişdirir. Mənimlə bağlı olanda onlar heç vaxt auditoriya qarşısında səmimi olmurlar”.

O, həmçinin vurğulayıb ki, Putinlə Alyaskadakı görüş uğurlu olub və ABŞ ilə Rusiya arasında əhəmiyyətli irəliləyiş əldə edilib.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər