Milli Azərbaycançılıq İnstitutunun yaradılması təklif edildi
Azərbaycançılıq ideologiyasının elmi əsaslarla araşdırılması və milli ideoloji təhlükəsizliyin gücləndirilməsi məqsədilə Milli Azərbaycançılıq İnstitutunun yaradılması təklif olunur.
TodayPress TV xəbər verir ki, deputat Tahir Mirkişili parlamentin plenar iclasında çıxışı zamanı milli ideologiya məsələsinin dövlətçilik baxımından əhəmiyyətinə diqqət çəkərək Milli Azərbaycançılıq İnstitutunun yaradılması ideyasını irəli sürüb.
Təklifin əsas mahiyyəti Azərbaycançılıq ideologiyasının sistemli şəkildə öyrənilməsi, bu sahədə elmi araşdırmaların aparılması və milli-mənəvi dəyərlərin qorunması istiqamətində institusional fəaliyyətin təşkil edilməsidir.
Bu yanaşmaya görə, milli ideologiya yalnız nəzəri müzakirə mövzusu kimi deyil, həm də dövlətin ideoloji təhlükəsizliyinin mühüm istiqamətlərindən biri kimi nəzərdən keçirilməlidir. Belə bir institutun yaradılması Azərbaycançılıq ideyasının elmi əsaslarla araşdırılması, onun mahiyyətinin daha dərindən öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli ola bilər.
Qiymət Mahir