Tramp: "Rusiya-Çin ittifaqına görə məsuliyyət Bayden və Obamaya aiddir"

Tramp: "Rusiya-Çin ittifaqına görə məsuliyyət Bayden və Obamaya aiddir"
17.08.2025 21:00 Dünya

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya və Çin arasında yaranmış yaxınlaşmanın səbəbkarı onun sələfləri Cozef Bayden və Barak Obamadır.

TodayPress TV xəbər verir ki, bu barədə Tramp “Fox News” telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, Bayden ağlasığmaz görünən bir vəziyyət yaradaraq, Moskva ilə Pekini bir araya gətirib:

“Bu, yaxşı hal deyil”.

Tramp əlavə edib ki, Obamanın siyasəti də bu vəziyyətə gətirib çıxarıb. Prezidentin sözlərinə görə, əslində Çinin əsas marağı Rusiyanın torpaqlarıdır və məhz buna görə iki ölkənin yaxınlaşmasına imkan verilməməliydi.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər