Tramp Roma Papasından üzr istəmək niyyətində deyil

Dünya

13.04.2026 23:20

ABŞ Prezidenti Donald Tramp Roma Papası XIV Leodan üzr istəməyi planlaşdırmadığını bildirib.

TodayPress TV xəbər verir ki, Tramp bu barədə jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, Roma Papası "yanlış şeylər" danışıb və Amerika liderinin İrana münasibətdə etdiklərinə qəti şəkildə qarşı olub.

"Düşünürəm ki, o (XIV Leo - red.) cinayətkarlıq məsələlərində və digər şeylərdə çox zəifdir. Odur ki, mən belə deyiləm. Yəni onu nəzərdə tuturam ki, o, ictimai şəxsə çevrilib. Mən sadəcə Papa Leoya cavab verirəm. Bilirsiniz, onun qardaşı tanınmış jurnalistdir və o, əla oğlandır, Luis. Mən dedim ki, Luisi Roma Papasından daha çox bəyənirəm", - deyə Tramp bildirib.

Bundan əlavə, Amerika lideri əvvəllər "Truth Social" sosial şəbəkəsində yayımladığı mübahisəli təsvirin silinməsini şərh edib. O bildirib ki, həmin təsvirdə prezidentin özü İsa Məsihə bənzəyən bir fiqur kimi deyil, "insanları daha yaxşı edən" bir həkim kimi təsvir edilib. Tramp həmçinin KİV-i bu cür təfsiri özlərinin "uydurmasında" günahlandırıb.

TodayPress TV

tag: Tramp,Üzr,Roma Papası,TodayPress TV,