Tramp rəsmi olaraq İrana qarşı dəniz blokadasının başladığını elan etdi
Dünya
13.04.2026 20:18
ABŞ Prezidenti Donald Tramp İrana qarşı dəniz blokadasının fəaliyyətə başladığını, Tehrana məxsus 158 gəminin tamamilə məhv edildini bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə Amerika lideri “Truth Social”da yazıb.
"Xəbərdarlıq: əgər hər hansı bir kater bizim blokadamıza yaxınlaşarsa, dənizdə narkoticarətlə məşğul olan qayıqlara qarşı istifadə etdiyimiz həmin məhv etmə sistemi ilə dərhal aradan qaldırılacaq. Bu, sürətli və amansız olacaq", - deyə bəyanatda bildirilib.
Bundan əlavə, Tramp İranın hərbi dəniz qüvvələrinin demək olar ki, tamamilə sıradan çıxarıldığını iddia edib:
“İranın dəniz qüvvələri dənizin dibindədir, 158 gəmi tamamilə məhv edilib. Biz onların yalnız az sayda, özlərinin dediyi kimi, sürətli hücum gəmilərinə toxunmamışıq".
ABŞ Prezidenti əlavə edib ki, okean və ya dəniz yolu ilə Birləşmiş Ştatlara daxil olan narkotiklərin 98,2%-i dayandırılıb.
Aysel Mətləb
tag: İran,Dəniz,ABŞ,Tramp,TodayPress TV,
