Tramp qlobal 10 faizlik tarif tətbiq etdi
Dünya
21.02.2026 12:58
ABŞ Prezidenti Donald Tramp bütün ölkələrə şamil olunan qlobal 10 faizlik tarif tətbiqi barədə sərəncam imzalayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytı və Trampın "Truth Social" şəbəkəsi məlumat yayıb.
Ağ Ev yeni tariflərin 24 fevral tarixində qüvvəyə minəcəyini açıqlayıb. Rəsmi açıqlamada qeyd olunub ki, tariflər prezidentin arsenalında Amerika bizneslərini və işçilərini qorumaq, yerli istehsalı bərpa etmək, xərcləri azaltmaq və əməkhaqlarını artırmaq üçün mühüm vasitə olaraq qalacaq.
Sərəncama əsasən, aerokosmik məhsullar, minik avtomobilləri və bəzi yüngül yük maşınları, Meksika və Kanadadan gətirilən və ABŞ ilə mövcud ticarət sazişlərinin şərtlərinə cavab verən mallar, həmçinin əczaçılıq məhsulları, bəzi mühüm minerallar və kənd təsərrüfatı məhsulları üçün güzəştlər genişləndirilib.
Türkan İsgəndərli
tag: Tramp,Tarif,Sərəncam,BMT,Todaypress.tv,
