Tramp qələbə elan etdi, amma bununla kifayətlənmədi
ABŞ Prezidenti Donald Tramp ölkəsinin qələbə qazandığını, lakin bunun tam qələbə olmasını istədiyini bildirib.
TodayPress TV xəbər verir ki, Tramp çıxışında İranla münaqişə, ABŞ-nin təhlükəsizliyi, müdafiə naziri Pit Heqset və Venesuela ilə bağlı bir sıra açıqlamalar verib.
“Biz qalib gəldik. Sadəcə əmin olmaq istəyirik ki, 93 faizlik deyil, tam qələbə qazanmışıq”, – deyə o bildirib.
Tramp ABŞ-nin heç kimə ölkəyə zərər verə biləcək ideologiyanı yaymağa imkan verməyəcəyini vurğulayıb.
İranla bağlı danışan prezident bildirib ki, ABŞ İranla müharibəyə başlamayıb və Tehranın 1979-cu ildən bəri Amerikaya qarşı müharibə apardığını iddia edib. O, bu qarşıdurmaya çoxdan son qoyulmalı olduğunu deyib.
ABŞ müdafiə naziri Pit Heqsetin fəaliyyətini yüksək qiymətləndirən Tramp onun ölkəni və vətəndaşları qoruduğunu qeyd edib.
Venesuela ilə bağlı isə Tramp Çin və Rusiyaya zəng edərək onlardan ölkədən çıxmalarını tələb etdiyini, hər iki dövlətin geri çəkildiyini, lakin ABŞ-nin orada qaldığını bildirib.
Kübra Musayeva