Tramp özünü Venesuelanın yeni lideri elan etdi
ABŞ Prezidenti Donald Tramp özünə yeni bir titul - Venesuelanın fəaliyyətdə olan lideri adının verildiyi görüntünü paylaşıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, "TruthSocial" media platformasında paylaşım edib.
"Donald Tramp-Venesuela prezidentinin səlahiyyətlərini icra edən şəxs", - deyə yumoristik paylaşımda bildirilib.
Qeyd edək ki, Amerika liderinin bu vəzifəni 2026-cı ilin yanvar ayından icra etdiyi iddia edilsə də, konkret tarix göstərilməyib.
Aysel Mətləb