Tramp özünü "peyğəmbər" elan etdi
ABŞ Prezidenti Donald Tramp rəsmi hesabında simvolik məna daşıyan illüstrasiya paylaşıb.
TodayPress TV xəbər verir ki, paylaşımda Trampın dini motivləri xatırladan səhnədə bir xəstənin üzərinə əl qoyaraq onu “şəfa verdiyi” təsvir olunub.
Görüntüdə ABŞ bayrağı, hərbçilər, döyüş təyyarələri və Azadlıq heykəli kimi elementlər də yer alır ki, bu da paylaşımın həm dini, həm də siyasi mesajlar daşıdığı kimi qiymətləndirilir.
Bu, Donald Trampın Roma Papası XIV Leonu tənqid etməsi kimi də qiymətləndirilir.
Qiymət Mahir