Tramp Macarıstanda keçiriləcək seçkilərdə Orbanı dəstəkləyir

Dünya

13.02.2026 22:10

ABŞ Prezidenti Donald Tramp Macarıstanda aprel ayında keçiriləcək seçkilərdə Baş nazir Viktor Orbana tam dəstək verdiyini bildirərək onu güclü və təsirli lider adlandırıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Ağ Ev lideri “Truth Social” hesabında paylaşım edib. 

Tramp bildirib ki, Viktor Orban iqtisadiyyatı inkişaf etdirmək, qanunsuz immiqrasiyanın qarşısını almaq və ölkədə qanun və qaydanı qorumaq üçün ciddi səylər göstərir. O xatırladıb ki, 2022-ci il seçkilərində də Orbanı dəstəkləyib və bunu yenidən etməkdən şərəf duyub.  

“Viktor Orban əsl dost və döyüşçüdür, onun yenidən baş nazir seçilməsi üçün tam və qəti dəstəyimi ifadə edirəm. O, Macarıstanın böyük xalqını heç vaxt məyus etməyəcək və iki ölkənin uğuru naminə onunla əməkdaşlığa davam edəcəm”. 

Qeyd edək ki, Macarıstanda yeni parlament üzvlərinin və baş nazirin müəyyənləşdirilməsi üçün ümumi seçkilər aprelin 12-si keçiriləcək. 

Aysel Mətləb

TodayPress TV

tag: Viktor Orban,Tramp,Seçkilər,Dəstək,Todaypress.tv,