Tramp İranı borclu çıxarır, amma özü borc ödəyir

Tramp İranı borclu çıxarır, amma özü borc ödəyir
24.06.2026 14:02 Dünya

ABŞ Prezidenti Donald Tramp İranın hazırda demək olar ki, bütün məsələlərdə güzəştə getməyə hazır olduğunu iddia edib.

TodayPress TV xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

ABŞ liderinin sözlərinə görə, İran "son nəfəsini verir" və ilk dəfə onilliklər ərzində ABŞ-yə və onun prezidentinə böyük hörmət göstərir.

Tramp, həmçinin ABŞ Senatının İrana qarşı hərbi əməliyyatların dayandırılmasına çağıran qətnaməni qəbul etməsini tənqid edib. O bildirib ki, bu addım Vaşinqtonun Tehrana qarşı siyasətini zəiflətməklə yanaşı, ABŞ-ın düşmənlərinə dəstək mesajı verir.

Prezident qətnaməni dəstəkləyən dörd respublikaçı senatoru da sərt tənqid edərək onların qərarının işini çətinləşdirdiyini bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
24 IYUN 2026
Bütün Xəbərlər