Tramp: "İranda heç kim rəhbər vəzifəyə gəlmək istəmir"
İndi İrana heç kim rəhbərlik etmək istəmir.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İranın rəhbər şəxslərinin hədəf alınmasının nəticələrinə işarə olaraq deyib.
“Onlar deyirlər: “Yox, sağ olun, bunu (vəzifəni - red.) istəmirəm”, - o bildirib.
Tramp həmçinin əlavə edib ki, “müharibə” sözünü işlətməyəcək, çünki bu, ən yaxşı qərar deyil:
“Ona görə də “hərbi əməliyyat” sözünü işlədəcəm. Eyni zamanda biz səkkiz müharibəni dayandırmışıq, insanlar bəzən bunu unudurlar”.