Tramp: "İranda hakimiyyət dəyişikliyi ABŞ üçün ən yaxşı variantdır"
Dünya
14.02.2026 11:00
İranda hakimiyyət dəyişikliyi ABŞ üçün mümkün olan ən yaxşı nəticə ola bilər.
TodayPress TV xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp "Fox News"a müsahibəsində bildirib.
O, jurnalistin bu barədə sualını cavablandırarkən deyib:
“Görünür, bu, baş verə biləcək ən yaxşı şey olardı”.
Xatırladaq ki, Tramp daha əvvəl İran ətrafında artan gərginlik fonunda ABŞ Hərbi Dəniz Qüvvələrinin ikinci aviadaşıyıcı zərbə qrupunun Yaxın Şərqə göndəriləcəyini açıqlamışdı.
Həmçinin, fevralın 6-da United States Central Command (CENTCOM) “Abraham Lincoln” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupunun Ərəbistan dənizinə daxil olduğunu bildirmişdi.
"The New York Times"ın məlumatına görə, Tramp İrana qarşı üç əsas tələb irəli sürüb: uranın zənginləşdirilməsinin və mövcud ehtiyatların tam dayandırılması, ballistik raket proqramına məhdudiyyətlərin tətbiqi, həmçinin Yaxın Şərqdə fəaliyyət göstərən proksi qüvvələrə — o cümlədən HƏMAS, "Hizbullah" və husilərə — dəstəyin dayandırılması.
Jalə Rövşən
tag: Donald Tramp ,ABŞ,İran ,HAMAS,Todaypress.tv,
