Tramp İrana son şans verdi: 4 avqusta qədər nə baş verəcək?
ABŞ Prezidenti Donald Tramp ABŞ və İranın avqustun 4-dək Hörmüz boğazında normal gəmiçiliyin bərpasını müzakirə etdiyini bildirib.
TodayPress TV xəbər verir ki, Tramp hazırkı ABŞ-İran danışıqlarını Tehran üçün “son şans” adlandırıb.
ABŞ liderinin sözlərinə görə, danışıqların ikinci mərhələsində İranın nüvə silahından imtina etməsi məsələsi müzakirə olunacaq.
“İranın nüvə silahı olmamalıdır”, - deyə Tramp vurğulayıb.
Kübra Musayeva