Tramp "iPhone" istehsalını ABŞ-yə köçürməyi tələb etdi

Tramp "iPhone" istehsalını ABŞ-yə köçürməyi tələb etdi
23.05.2025 16:15 Dünya

ABŞ prezidenti Donald Tramp "Apple" şirkətindən "iPhone" modellərinin ölkədə istehsal edilməsini tələb edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, “Truth Social” platformasında yayımladığı açıqlamada yazıb.

Ağ Ev liderinin sözlərinə görə, əks halda, ən azı 25 faiz gömrük rüsumu tətbiq ediləcək.

"Apple"ın baş direktoru Tim Kuka çoxdan bildirmişəm ki, ABŞ-də satılan "iPhone"lar ölkə daxilində istehsal və yığılmalıdır – Hindistanda və ya başqa bir yerdə yox. Əgər bu belə olmayacaqsa, "Apple" Birləşmiş Ştatlara ən azı 25% gömrük rüsumu ödəməli olacaq" deyə Tramp bildirib.

Hazırda dünya üzrə "iPhone" istehsalının təxminən 18 faizi Hindistanın, 75 faizdən çoxu isə Çinin payına düşür.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər