Tramp Hindistanın Baş naziri ilə Rusiya neftini müzakirə edəcək
ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modi ilə görüşdə Rusiya neftinin alınması məsələsini müzakirə edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə “Nikkei Asia” məlumat yayıb.
“Malayziyanın Kuala-Lumpur şəhərində Trampın Narendra Modi ilə görüşü gözlənilir. Son həftələr Nyu-Dehlinin Rusiya nefti alması səbəbilə tərəflər arasında münasibətlər gərgin olub”, - deyə nəşr yazıb.
İki siyasətçi arasında görüş Kuala-Lumpur şəhərində keçiriləcək “ASEAN” sammiti çərçivəsində baş tutmalıdır. Bununla belə, ABŞ-də baş verən “şatdaun” və onun yaratdığı təşkilati problemlər səbəbindən Trampın sammitdə iştirakı hələ də sual altındadır.
Aysel Mətləb