Tramp Çinə xəbərdarlıq etdi

Tramp Çinə xəbərdarlıq etdi
12.04.2026 18:51 Dünya

ABŞ Prezidenti Donald Tramp Çinlə bağlı xəbərdarlıq səsləndirib. 

TodayPress TV xəbər verir ki, Ağ Evin qarşısında jurnalistlərə açıqlama verən Donald Tramp qeyd edib ki, əgər Pekin İrana silah göndərərsə, Çin ciddi çətinliklərlə qarşılaşa bilər.

Bundan əvvəl "CNN" telekanalı kəşfiyyat məlumatlarına istinadən xəbər verib ki, Çin üçüncü ölkələr vasitəsilə daşınacaq zenit-raket kompleksləri partiyasını göndərməyə hazırlaşır. 

Çinin ABŞ-dəki səfirliyi isə bu məlumatı təkzib edərək bildirib ki, Pekin münaqişənin heç bir tərəfini silahla təmin etmir.

TodayPress TV 

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər