Tramp bal zalının tikintisi ilə bağlı Ali Məhkəməyə müraciət edəcək
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə bal zalının tikintisinin dayandırılması ilə bağlı Apellyasiya məhkəməsinin qərarından şikayət etmək üçün Ali Məhkəməyə müraciət edəcəyini bildirib.
TodayPress TV xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsində yazıb.
"Biz dərhal ABŞ Ali Məhkəməsinə apellyasiya şikayəti verəcəyik", – deyə Amerika lideri yazıb.
Ali Məhkəmə apellyasiya instansiyasının qərarını ləğv etməlidir deyən Tramp həmin qərarı ədalətsiz adlandırıb.