Tramp ABŞ Milli Qvardiyasına təşəkkür etdi
ABŞ prezidenti Donald Tramp qeyri-qanuni miqrantların deportasiyasına etirazlardan sonra başlayan iğtişaşların yatırılmasında ölkənin Milli Qvardiya qoşunlarına borclu olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ prezidenti "Truth Social" sosial şəbəkəsində yazıb.
O, ABŞ Milli Qvardiyasına təşəkkür edib və yerli hakimiyyət orqanlarını fəaliyyətsizliyinə görə tənqid edib.
O, həmçinin vətəndaşların bu və ya digər səbəbdən üzlərini gizlətmələrindən hiddətləndiyini bildirərək, bundan sonra aksiyalarda maska taxmağın qadağan olduğunu deyib.
Türkan İsgəndərli