Tramp: "ABŞ məcburi demokratiya yaymayacaq"

Tramp: "ABŞ məcburi demokratiya yaymayacaq"
24.05.2025 20:30 Dünya

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ ordusu bundan sonra başqa ölkələrdə məcburi şəkildə demokratiya yaymaqla məşğul olmayacaq.

TodayPress TV xəbər verir ki, o, bu fikirləri "West Point" Hərbi Akademiyasının məzunları qarşısında çıxışı zamanı səsləndirib.

Tramp vurğulayıb ki, ordunun əsas vəzifəsi xarici mədəniyyətləri dəyişmək yox, Amerikanın maraqlarını qorumaq və təhdidlərə qalib gəlməkdir.

“ABŞ ordusu demokratiya yaymaq və ya şoular keçirmək üçün alət deyil. Onun məqsədi Amerikanı qorumaqdır”– deyə Tramp qeyd edib.

O, həmçinin bildirib ki, 2024-cü ildə Ağ Evə qayıtdıqdan sonra ABŞ ordusunun nüfuzu bərpa olunub və ölkə artıq şübhəli layihələrə resurs ayırmır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər