Tramp 42 milyon aztəminatlı ailəyə ərzaq yardımı edəcək
Dünya
10.11.2025 16:35
Federal apellyasiya məhkəməsi Tramp administrasiyasına hökumətin bağlanması şəraitində 42 milyon aztəminatlı amerikalıya ərzaq yardımını tam maliyyələşdirməyi əmr edib.
TodayPress TV xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Bundan əvvəl Rod-Aylend ştatının hakimi ABŞ Kənd Təsərrüfatı Departamentinə (USDA) aztəminatlı vətəndaşların Əlavə Qidalanma Yardımı Proqramı (SNAP) çərçivəsində müavinət almasını təmin etmək üçün başqa məqsədlər üçün ayrılmış 4 milyard dollar vəsaitdən istifadə etməyə icazə verib.
Tramp administrasiyasının nümayəndələri məhkəmədə iddia ediblər ki, hakimlərin federal büdcə vəsaitlərini xərcləmək səlahiyyəti yoxdur və USDA-nı SNAP proqramının bütün xərclərini ödəməyə məcbur etmək mümkün deyil.
Ağ Evin Milli İqtisadi Şurasının sədri Kevin Hassett isə bildirib ki, hökumətin bağlanması ABŞ iqtisadiyyatına gözləniləndən daha çox zərər vurub, lakin bağlanma bitdikdən sonra bərpa prosesinin sürətli olacağına ümid edir.
Türkan İsgəndərli
tag: Məhkəmə,Tramp,Aztəminatlı,Ərzaq,Todaypress.tv,
