İraqın enerjisi Suriyadan keçəcək - Yeni marşrut
Suriya İraqın enerji resurslarının ölkə ərazisindən təhlükəsiz şəkildə daşınması üçün dəhliz yaradıb.
TodayPress TV-nin məlumatına görə, Suriya Prezidenti Əhməd əş-Şara Dubayda ərəb mediasının baş redaktorları ilə görüşündə bildirib ki, İraqın enerji resurslarının Suriya ərazisindən daşınması üçün təhlükəsiz dəhliz təmin edilib.
O, həmçinin Misirlə münasibətlərin də düzgün istiqamətdə inkişaf etdiyini qeyd edib.
Kübra Musayeva