Rusiya Odessa limanında daha bir gəmini vurdu

Rusiya Odessa limanında daha bir gəmini vurdu
17.09.2026 00:19 Dünya

Rusiya qüvvələri Ukraynanın Odessa vilayətində yerləşən Çernomorsk limanına zərbə endirib.

TodayPress TV xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hücum zamanı limanda konteyner daşıyan gəmi vurulub. Rusiya tərəfi gəminin Ukrayna Silahlı Qüvvələrinin təminatı üçün nəzərdə tutulan yükləri daşıdığını bildirib.

Nazirliyin açıqlamasına əsasən, zərbələr pilotsuz uçuş aparatları ilə həyata keçirilib.

Rusiya tərəfinin gəminin hərbi təyinatlı yük daşıması ilə bağlı iddiası müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
17 SENTYABR 2026
Bütün Xəbərlər