Dərmandan sonra allergik reaksiya verən uşaqlarla bağlı YENİ AÇIQLAMA
Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında 11 uşaqda dərman reaksiyası müşahidə olunub.
TodayPress TV-nin sorğusuna cavab olaraq bildirilib ki, hadisə TƏBİB və Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırılır. İstifadə olunan dərman vasitəsindən nümunələr götürülüb.
Uşaqlara dərhal zəruri tibbi yardım göstərilib. Hazırda onların vəziyyəti stabil qiymətləndirilir və müalicələri davam etdirilir. Onlardan 4-ü vəziyyətinin qənaətbəxş olması səbəbindən ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, uşaqlar hadisədən əvvəl respirator virus infeksiyası səbəbindən xəstəxanada müalicə alıblar.
Kübra Musayeva