Norveçdən Qara dənizə qədər: NATO nəyə hazırlaşır?

Norveçdən Qara dənizə qədər: NATO nəyə hazırlaşır?
09.10.2026 18:52 Dünya

NATO-nun təxminən 4 min qərargah mütəxəssisi 20 min nəfərə qədər hərbçidən ibarət qruplaşmanın fəaliyyətinin modelləşdirildiyi miqyaslı "Avenger Triad" ("Qisasçı triada") təlimlərinə cəlb olunub.

TodayPress TV "DPA" agentliyinə istinadən xəbər verir ki, manevrlərin məqsədi Nordkap burnundan (Norveç) Qara dənizə qədər olan regionda potensial böhrana operativ reaksiyanın işlənib hazırlanması elan edilib.

Məlumata görə, simulyasiya təlimlərinin əsas idarəetmə qovşaqlarından biri ABŞ-nin Avropa və Afrikadakı Quru Qoşunlarının Visbaden şəhərindəki (Hessen federal torpağı) qərargahının bazasında yerləşdirilib. Burada qapalı rejimdə süni intellektin (AI) tətbiqi ilə qoşunların koordinasiyası üzrə ən son texnologiyalar sınaqdan keçirilir.

Briqada generalı Tomas Lovinin izah etdiyi kimi, hərbi rəhbərlik bu məlumatlar əsasında qərarların qəbul edilməsi üçün zəruri olan məlumatları seçir. ABŞ və digər NATO ölkələrinin silahlı qüvvələri arasında sıx texniki və kadr qarşılıqlı əlaqəsi əsas amil hesab olunur.

Visbadendə yerləşdirilmiş komandanlıq-dispetçer məntəqəsi sutkalıq (gecə-gündüz) rejimdə işləyir və buraya 150-yə qədər NATO hərbçisi cəlb olunub. Manevrlər zamanı əsas diqqət ABŞ və alyansın digər dövlətlərinin rabitə və idarəetmə sistemlərinin tam texniki uyğunluğuna yönəldilib.

NATO-nun Türkiyədəki Quru Qoşunlarının Birləşmiş Komandanlığından təhkim olunmuş alman hərbi mütəxəssislərinin qiymətləndirməsinə görə, avadanlığın mövcud inteqrasiya səviyyəsi misilsiz və hərtərəflidir. Bununla yanaşı, ABŞ, Danimarka, İtaliya, Polşa və AFR kontingentləri arasında dil maneəsinin olmadığı qeyd olunur. Qərargah proseslərinin texnoloji təminatında Amerika tərəfinin ciddi üstünlüyü qeydə alınır.

Aysel Mətləb

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər