Təyyarədə şübhəli "Wi-Fi": Uçuş ləğv edildi
ABŞ-də "Delta Air Lines" şirkətinin Las-Veqas–Atlanta reysi təyyarədə aşkarlanan şübhəli "Wi-Fi" şəbəkəsinə görə təxirə salınıb.
TodayPress TV xəbər verir ki, "Fox News"un məlumatına görə, sərnişinlər aviaşirkətin rəsmi internetinə bənzəyən “Delta WiFi Fast” adlı şəbəkə görüblər.
Lakin bu şəbəkənin aviaşirkətə aid olmadığı müəyyən edilib. Ekipaj şəbəkəni təhlükə kimi qiymətləndirərək təyyarədə "Wi-Fi" xidmətini təxminən 30 dəqiqəlik söndürüb. Delta isə təyyarənin sistemlərinə kiberhücum olmadığını və rəsmi "Wi-Fi" şəbəkəsinin təhlükəyə məruz qalmadığını açıqlayıb.
Hadisənin təyyarənin idarəetmə sistemlərinə və uçuş təhlükəsizliyinə təsir etmədiyi bildirilib. Təyyarə daha sonra Atlantaya təhlükəsiz şəkildə çatıb.
Aviaşirkət hadisə ilə bağlı araşdırmaya başlayıb və federal hüquq-mühafizə orqanları ilə aviasiya tənzimləyiciləri ilə əməkdaşlıq edəcəyini bildirib.
Şəbəkəni kimin yaratdığı və məqsədinin nə olduğu hələlik məlum deyil. Mütəxəssislər sərnişinlərə təyyarədə yalnız aviaşirkətin rəsmi "Wi-Fi" şəbəkəsinə qoşulmağı tövsiyə edirlər.
Türkan İsgəndərli
TodayPress TV