Texasda daşqın nəticəsində ölənlərin sayı artır

Texasda daşqın nəticəsində ölənlərin sayı artır
06.07.2025 09:40 Dünya

ABŞ-nin Texas ştatında güclü daşqınlar olub. Daşqınlar nəticəsində azı 50 nəfər ölüb. 

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Ən çox ölüm Kerr dairəsində, sonra isə Travis və Burnet dairələrində qeydə alınıb.

Daşqın təhlükəsi hələ də davam edir və 500 mindən çox insan risk altındadır. Texas qubernatoru Qreq Abbott və yerli hakimiyyət orqanları vəziyyəti nəzarətdə saxlamaq üçün çalışır.

Bir düşərgədə 23 nəfər itkin düşüb. Xilasetmə komandaları helikopterlər və pilotsuz uçuş aparatları ilə insanları axtarır.

Milli Meteoroloji Xidməti daşqınla bağlı xəbərdarlıq verib və yağışların davam edəcəyi gözlənilir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər