"Temu" Türkiyəyə xarici məhsul satışını dayandırdı

"Temu" Türkiyəyə xarici məhsul satışını dayandırdı
25.01.2026 16:30 Dünya

Münasib qiymətə məhsul seçimləri ilə qısa müddətdə geniş istifadəçi auditoriyası qazanan “Temu” elektron ticarət platforması Türkiyə bazarında xarici mənşəli məhsulların satışını dayandırıb.

TodayPress TV  "Gzt.com"a istinadən xəbər verir ki, platformanın mobil tətbiqi və internet saytı vasitəsilə sifariş vermək istəyən istifadəçilər artıq yalnız Türkiyə daxilində fəaliyyət göstərən və ölkə içindən göndəriş edən satıcıların məhsullarını görə bilirlər.

İstifadəçilər axtarış etdikdə və ya məhsulları səbətə əlavə etməyə çalışdıqda, xarici məhsullar sistemdə görünmür.

Məhdudiyyət qərarının “Temu”nun Türkiyə ofisində qısa müddət əvvəl keçirilən rəsmi yoxlamalardan sonra tətbiq edildiyi bildirilir. Şirkət isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər