TEHRANDA TƏCİLİ GÖRÜŞ! İran və Ermənistan birgə qərar qəbul etdi
İran və Ermənistan enerji sahəsində qaz ticarəti məsələləri ilə məşğul olacaq birgə ixtisaslaşdırılmış işçi qrupu yaradacaq.
TodayPress TV "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Razılaşma bu gün Tehranda İranın neft naziri Möhsən Paknejad və Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan arasında keçirilən görüşdən sonra açıqlanıb.
İranın neft nazirinin sözlərinə görə, tərəflər ikitərəfli ticarətin genişləndirilməsi, texniki və mühəndislik xidmətlərinin ixracı, neft emalı zavodlarının tikintisi və Ermənistana neft məhsullarının tədarükü də daxil olmaqla, geniş spektrdə potensial enerji layihələrini müzakirə ediblər.
Paknejad həmçinin bildirib ki, Tehran və İrəvan növbəti ikitərəfli danışıqlar raundu zamanı konkret nəticələrin qiymətləndirilməsi üçün birgə ixtisaslaşdırılmış işçi qrupunun yaradılması barədə razılığa gəliblər.