Salyanda oğlan anasını, atasını və qardaşının arvadını bıçaqladı, ana öldü
Oktyabrın 27-də saat 13:30 radələrində 2 nəfər (1 kişi, 1 qadın) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TodayPress TV xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlər üzərində hazırda cərrahi əməliyyat icra olunur. 1 nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir", məlumatda deylir.
****
Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb.
TodayPress TV Apa-ya istinadən məlumat verir ki, hadisə rayonun Sarvan kəndində ailə münaqişəsi zəminində qeydə alınıb.
1998-ci il təvəllüdlü Pərvin İsmayılov anasını, atası, 1966-cı il təvəllüdlü Ağabala İsmayılovu və qardaşının həyat yoldaşı, 1988-ci il təvəllüdlü Təranə İsmayılovanı bıçaqlayıb.
Nəticədə ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.