Tehran və Maskat Hörmüz boğazı ilə bağlı razılaşdı - İranın 7 şərtindən biri

Tehran və Maskat Hörmüz boğazı ilə bağlı razılaşdı - İranın 7 şərtindən biri
11.11.2026 21:18 Dünya

Tehran və Maskat Hörmüz boğazında gəmiçilik dəhlizi və hərəkətin ayrılması sistemi ilə bağlı qarşılıqlı anlaşmaya nail olublar.

TodayPress TV xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf “Al Jazeera” telekanalına müsahibəsində bildirib.

“Biz Omanla Hörmüz boğazında gəmiçilik dəhlizi və hərəkətin ayrılması sistemi ilə bağlı qarşılıqlı anlaşmaya nail olmuşuq”, – deyə o vurğulayıb.

Qalibaf həmçinin qeyd edib ki, Hörmüz boğazının statusu müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq. Onun sözlərinə görə, bu müddəa əldə olunmuş qarşılıqlı anlaşmanın bir hissəsidir və Tehranın münaqişənin nizamlanması üçün irəli sürdüyü yeddi şərt sırasına daxildir.

Aysel Mətləb

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər