Tehran universitetində partlayış oldu

Tehran universitetində partlayış oldu
02.10.2025 16:51 Dünya

Tehran Universitetinin materialşünaslıq və metallurgiya fakültəsində laboratoriyada partlayış baş verib.

TodayPress TV İran KİV-nə istiandən xəbər verir ki,  hadisə nəticəsində üç tələbə xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.

Partlayışın səbəbi azot kapsulunun partlamasıdır. Hadisə laboratoriyanın tamamilə dağılışına səbəb olub.

Tehran Universitetinin tələbələrlə iş üzrə vitse-prezidenti Mahmud Nili Əhmədabadi bildirib ki, universitetin binalarından bəziləri təhlükəsizlik baxımından yetərli deyil və hadisənin baş verməsində bu faktor rol oynamış ola bilər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər