Tehran ölkə daxilində fikir ayrılıqları barədə məlumatları təkzib etdi

Dünya

22.04.2026 21:50

“Qərb mediasının əvvəllər də bildirdiyi kimi, İranın siyasi və hərbi liderləri arasında heç bir fikir ayrılığı yoxdur”.

TodayPress TV xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının Kommunikasiya və Məlumatlandırma şöbəsinin müavini Məhəmməd Mehdi Təbatəbai sosial mediada yazıb.

"Ölkənin yüksək vəzifəli şəxsləri arasında fikir ayrılığı və bölünmə xətti İranın düşmənləri tərəfindən yaxşı planlaşdırılmış siyasi və təbliğat oyunudur", - deyə o bildirib.

Aysel Mətləb

TodayPress TV

tag: İran,Təkzib,Məhəmməd Mehdi Təbatəbai,TodayPress TV,