TƏCİLİ: Ukrayna dronları Yaltanı vurdu, çimərliklər bağlandı - VİDEO
Ukraynaya məxsus dəniz pilotsuz uçuş aparatlarının Krımın Yalta şəhərinin liman ərazisinə hücum etdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə "RBC-Ukraine" məlumat yayıb.
Məlumata görə, hücumdan sonra Yaltanın tüstüyə bürünən mərkəzi sahilboyu ərazisinin təxliyəsinə göstəriş verilib.
Həmçinin çimərliklərdə istirahət edən turistlər və yerli sakinlərdən ərazini tərk edərək sığınacaqlara keçmək tələb olunub.
Hadisə nəticəsində dağıntı və ya tələfatın olub-olmaması barədə hələlik rəsmi məlumat yoxdur.
Jalə Rövşən