TƏCİLİ: İranın Qeşm adasında partlayış baş verdi

TƏCİLİ: İranın Qeşm adasında partlayış baş verdi
17.11.2026 18:20 Dünya

İranın cənubunda, Hörmüz boğazında yerləşən Qeşm adasında partlayış baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Məlumata əsasən, Qeşm adasının sakinləri adanın mərkəzinin şimal-qərbindən gələn partlayış səsi eşitdiklərini bildiriblər.

Partlayışdan sonra adanın üzərində tüstünün yüksəldiyi qeyd olunub.

Partlayışın səbəbi və mümkün nəticələri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Aysel Mətləb

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər