Tatarıstanda PUA həyəcanı: Neft emalı zavoduna hücum edildi - VİDEO

Tatarıstanda PUA həyəcanı: Neft emalı zavoduna hücum edildi - VİDEO
10.08.2026 08:26 Dünya

Rusiyanın Tatarıstan Respublikasının Nijnekamsk şəhərində PUA uçuşları və partlayış səsləri barədə məlumatlar yayılıb.

TodayPress TV xəbər verir ki, məlumata görə, hadisə bu səhər, avqustun 10-da baş verib.

Yerli sakinlər şəhər üzərində dronların uçduğunu və partlayış səsləri eşitdiklərini bildiriblər. Ukrayna monitorinq kanalları, o cümlədən "Supernova+" və digər mənbələr, PUA hücumunun Nijnekamskdakı neft emalı və neft-kimya müəssisələrindən birinə yönəldiyini iddia edir.

Nijnekamsk Rusiyanın mühüm neft emalı mərkəzlərindən biridir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər