Tailandda daşqın qurbanlarının sayı artdı

Tailandda daşqın qurbanlarının sayı artdı
29.11.2025 15:00 Dünya

Tailandın cənubunda daşqınlar nəticəsində ölənlərin sayı 162 nəfərə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə Tailandın Daşqınlarla Mübarizə Mərkəzi məlumat yayıb.

Sonqkhla əyalətində 126 nəfər həlak olub.

Təbii fəlakət nəticəsində zərər çəkmiş bölgələrdə son bir neçə gün ərzində yağışların dayanması ilə əlaqədar suyun səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Bu isə zərərçəkənlərin təxliyəsinə və axtarış-xilasetmə əməliyyatlarının intensivləşdirilməsinə imkan verib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər