Tailand və Kamboca rəsmiləri Malayziyada görüşəcəklər

Tailand və Kamboca rəsmiləri Malayziyada görüşəcəklər
04.08.2025 12:08 Dünya

Tailand və Kamboca rəsmiləri sərhəd mübahisəsinin həlli məqsədilə Malayziyanın paytaxtı Kuala-Lumpura gəliblər.

TodayPress TV xəbər verir ki, bu barədə Malayziya Silahlı Qüvvələri bildirib.

Məlumata görə, Baş Sərhəd Komitəsinin iclası avqustun 7-də keçiriləcək. Malayziya bu görüş üçün neytral tərəf kimi seçilib.

Görüşün əsas məqsədi iyulun 28-də əldə olunmuş atəşkəs razılaşmasının icrasını müzakirə etmək və iki ölkə arasındakı sərhəd gərginliyini aradan qaldırmaqdır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər