Tailand İsveçdən "Gripen" qırıcılarını almağı planlaşdırır

Tailand İsveçdən "Gripen" qırıcılarını almağı planlaşdırır
04.06.2025 15:24 Dünya

Tailand Hərbi Hava Qüvvələri İsveçin "Saab" şirkətinin istehsalı olan "12 Gripen E/F" qırıcı təyyarəsi almaq niyyətində olduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Saab"ın Baş direktoru Mişel Conson Tailandın növbəti döyüş təyyarəsi kimi "Gripen"i seçdiyini təsdiqləyib.

Qeyd edək ki, ölkə daha əvvəl ABŞ qırıcılarını almaq istəsə də, Ağ Ev onlara silah satmayıb.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər