Tailand ABŞ-yə qarşı TƏZYİQƏ başladı? – Hökumətdən cavab gəldi!
Tailandı ABŞ ilə ticarət danışıqlarında təzyiq vasitəsi kimi müdafiə əməkdaşlığından istifadə etmək niyyətində olmaqda ittiham edən KİV məlumatları həqiqətə uyğun deyil.
TodayPress TV xəbər verir ki, bu barədə Tailand hökumət başçısının mətbuat katibi Ratçada Thanadirek brifinqdə bildirib.
"Bu məlumat həqiqətə uyğun deyil və hökumətin siyasətinə ziddir. Tailand və ABŞ iqtisadiyyat, ticarət və təhlükəsizlik sahələrində dərin və çoxşaxəli münasibətləri qoruyub saxlayır. Hər bir istiqamətin öz çərçivəsi var və hökumətin digər sahələrin xatirinə güzəştə getmək niyyətində olmadığı milli maraqlara xidmət edir”, - deyə o vurğulayıb.
Mətbuat katibinin sözlərinə görə, Vaşinqtonla bütün ticarət danışıqları yalnız milli iqtisadi maraqlar, ədalətlilik prinsipləri və ticarət balansı əsasında aparılır.
Xatırladaq ki, "Bloomberg" agentliyi avqustun 11-də mənbəyə istinadən belə bir məlumat yayıb:
"Tailand ABŞ ilə ticarət danışıqlarında müdafiə əməkdaşlığı sahəsinə dair arqumentlərdən təzyiq vasitəsi kimi istifadə etmək niyyətindədir".
Aysel Mətləb