Suriyadakı Rusiya hərbi bazaları təhlükəsiz qalacaq
Rusiya prezidenti Vladimir Putinin oktyabrın 15-də Kremldə Suriya prezidenti Əhməd əl-Şara ilə görüşündə vacib məqamlara toxunulub.
TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, danışıqlardan sonra Suriya prezidenti Rusiyaya ölkəsi ilə əvvəlki razılaşmalara əməl edəcəyini bildirib və bu, Moskvanın Suriyadakı Xmeymim aviabazası və Tartus dəniz bazasının təhlükəsizliyinə zəmanət verir.
Görüşdə həmçinin Əl-Qamışlıdakı hava limanı daxil olmaqla Suriyada Rusiya hərbi varlığı müzakirə edilib. Danışıqlar əvvəlcə məhdud formatda başlayıb, daha sonra geniş tərkibdə davam etdirilib. Suriya prezidenti Rusiya və Çinlə əlaqələrin inkişafından da danışıb.
Jalə Rövşən