Suriyada terrorçuların yerlşdiyi düşərgə boşaldıldı
Dünya
23.02.2026 11:34
Suriyada İŞİD terrorçu ailələrinin yerləşdiyi Əl-Hol düşərgəsi sonuncu qrupun təxliyəsindən sonra bağlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Suriya mediası məlumat yayıb.
Bəyanatda bildirilib ki, son insan karvanı düşərgəni tərk etdikdən sonra obyekt fəaliyyətini dayandırıb. Telekanalın məlumatına əsasən, sonuncu qrupa qadın və uşaqlar da daxil olmaqla 17 ailədən ibarət ümumilikdə 66 nəfər daxil olub.
Suriya təhlükəsizlik mənbəsi qeyd edib ki, bu addım ailələrin reinteqrasiyasını dəstəkləmək və onların təhlükəsiz, ləyaqətli həyata qayıtmalarına kömək məqsədi daşıyır.
Fevralın 17-də Suriya mediası düşərgənin yüzlərlə sakininin Axtarin şəhərində yerləşən düşərgəyə köçürüldüyünü bildirib. Yanvarın 20-də isə Suriya Demokratik Qüvvələri (SDF) beynəlxalq ictimaiyyəti müxtəlif ölkələrdən olan minlərlə İŞİD üzvü ilə bağlı problemi həll etməməkdə ittiham edərək, Əl-Hol düşərgəsindən bölmələrinin çıxarıldığını açıqlayıb.
Türkan İsgəndərli
tag: Suriya,İŞİD,Terror,Düşərgə,Todaypress.tv,
